«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,03% azalaraq 0,8029 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də 0,03% azalaraq 0,8033 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə dolların rəsmi və birja məzənnələri cüzi enib və avronun rəsmi məzənnəsinin artımı daha nəzərə çarpan olub. Belə ki, ötən həftənin yekunlarına görə, avronun manata qarşı rəsmi məzənnəsi 1,15% artıb:
Qeyd edək ki, ötən həftə dünya bazarlarında dolların avroya qarşı məzənnəsi 1,36% azalıb. Azərbaycanda bu proses öz əksini dolların ucuzlaşmasında deyil, avronun möhkəmlənməsində tapıb.