Bank Of Baku

AİB: Bu il Azərbaycanda iqtisadi artım 3% olacaq

AİB: Bu il Azərbaycanda iqtisadi artım 3% olacaq
# 23 sentyabr 2009 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Asiya regionunun 2009-cu ildə iqtisadi inkişafına dair yenilənmiş hesabatını dərc edib.

«APA-Economics»in məlumatına görə, hesabata əsasən, AİB region üzrə iqtisadi artım proqnozlarının səviyyəsini artırıb. Lakin Mərkəzi Asiya və Azərbaycan üçün iqtisadi artım üzrə proqnoz göstəriciləri bir qədər azaldılıb. Belə ki, AİB-in proqnozlarına görə, 2009-cu ildə Azərbaycanda iqtisadi artım 3% səviyyəsində olacaq. Halbuki, Bankın bundan öncə dərc etdiyi hesabatda Azərbaycan üçün bu göstərici 8% göstərilib. Gələn il isə Azərbaycanda iqtisadi artımın 4,5% təşkil edəcəyi (bundan öncəki hesabatda 6,7%) proqnozlaşdırılır.

Ümumiyyətlə isə, 2009-cu ildə Orta Asiya iqtisadiyyatının 3,9%, 2010-cu ildə isə 4,8% artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR