Bank Of Baku

«Bank of Azerbaijan» filial şəbəkəsini optimallaşdırır

«Bank of Azerbaijan» filial şəbəkəsini optimallaşdırır
# 23 sentyabr 2009 13:02 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırmağa başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial şəbəkəsinin optimallaşdırılması prosesi «Bank of Azerbaijan»ın ölkə üzrə filiallarının birləşdirilərək böyüdülməsini nəzərdə tutur. «Artıq cari ilin noyabr-dekabr aylarında bankın bir neçə kiçik filialının birləşdirilməsi nəticəsində yaradılacaq iki iri filial istifadəyə veriləcək. Bu filiallar Bakının Yasamal və Nərimanov rayonlarının ərazisində açılacaq. Nərimanov rayonundakı filial «Gənclik» metro stansiyası, Yasamal rayonundakı filial isə «Elmlər Akademiyası» metro stansiyası yaxınlığında yerləşir», - deyə Bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.

X.Şərifzadənin sözlərinə görə, iri filiallar əhalinin rahatlığı üçün metro stansiyaları yaxınlığında açılacaq və hər bir filial avtomobillər üçün nəzərdə tutulmuş müasir dayanacaqlarla təchiz olunacaq: «Həmçinin, metronun «Qara Qarayev» və «Neftçilər» stansiyaları və mikrorayonlarda filialların açılması planlaşdırılır. Bu günlərdə isə bankın Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ticarət mərkəzində yeni filialı fəaliyyətə başlayıb».

X.Şərifzadə əhalinin bank xidmətlərindən daha da səmərəli faydalanması üçün 2010-2011-ci illərdə bank tərəfindən regionlarda yeni filialların açılacağını bildirib. «Filiallar Sumqayıt, Quba, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərində açılacaq.

Bundan başqa, «Bank of Azerbaijan» rəhbərliyi bakının valyuta mübadiləsi məntəqələrinin sayının azaldılmasına dair qərar qəbul edib. Bu qərar ilk öncə onların optimallaşdırılması məqsədini daşıyır. Filiallar nəzdində fəaliyyət göstərən mübadilə məntəqələri adi rejimdə işləyəcək.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 19 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR