Bank Of Baku

«Əmrahbank» xaricdən yeni kredit cəlb edir

«Əmrahbank» xaricdən yeni kredit cəlb edir
# 23 sentyabr 2009 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) iri həcmli kreditin cəlb edilməsinə dair Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (BİB) ilə apardığı danışıqları başa çatdırıb. Bu barədə «APA-Economics»ə «Əmrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədov məlumat verib.

E.Məmmədovun sözlərinə görə, bankın BİB-dən 10 mln. ABŞ dolları həcmində kredit cəlb edəcəyi gözlənilir və bu vəsait Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək. «Bəhreyn Bankı ilə aparılan danışıqlar artıq başa çatdırılıb. Lakin Ramazan Bayramı ilə əlaqədar bu proses bir qədər ləngiyib. Ümid edirəm ki, bundan sonra kreditin ayrılmasına dair müvafiq müqavilənin imzalanması prosesi tezləşəcək. Bu isə növbəti iki ay ərzində baş tuta bilər», - deyə E.Məmmədov qeyd edib.

«Əmrahbank»ın başçısı bildirib ki, kreditin məbləğinin sonrakı mərhələdə artırılacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR