Bank Of Baku

«Əmrahbank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Əmrahbank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 24 sentyabr 2009 06:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) «ExpressMoney» beynəlxalq pulköçürmə sisteminə üzv olub.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq növbəti aydan etibarən müştərilər bankın bütün filiallarında bu sistemin xidmətlərindən istifadə edə biləcək.

Qeyd edək ki, bu, «Əmrahbank»ın qoşulduğu artıq beşinci beynəlxalq pulköçürmə sistemidir. Hazırda bank «Western Union», «Bıstraya Poçta», «Migom» və «Caspian Money Transfer» sistemlərindən də istifadə edir.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR