Bank Of Baku

Federal Ehtiyat Sistemi: ABŞ iqtisadiyyatı bərpa olunur

Federal Ehtiyat Sistemi: ABŞ iqtisadiyyatı bərpa olunur
# 24 sentyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ iqtisadiyyatı bərpa olunur və maliyyə bazarlarında şərtlər yaxşılaşır. “APA-Economics”in məlumatına görə, belə nikbin bəyanatla Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi (FES) çıxış edib.

FES-in bəyanatında deyilir ki, ev təsərrüfatlarının xərcləri sabitləşsə də, iş yerlərinin itirilməsinin davam etməsi, gəlirlərin az sürətlə artması, daşınmaz əmlakın qiymətinin aşağı səviyyədə olması və kreditləşmə şərtlərinin gərgin olması səbəbindən hələ də sərbəst deyil.

Cari şəraitdə FES iqtisadiyyatın stimullaşdırılmasına dair müxtəlif alətlərdən istifadə olunmasını məqsədəuyğun hesab edir və bunun nəticəsi ola biləcək inflyasiyadan narahat deyil.

Qeyd edək ki, FES öz sonuncu iclasında uçot dərəcəsinin 0%-0,25% diapazonda saxlanması barədə qərar qəbul edib. Buna əsas səbəb kimi ölkədə iqtisadi geriləmənin başa çatmasına baxmayaraq, iqtisadi artımın dəstəklənməsi üçün faiz dərəcələrinin aşağı olmasının vacibliyi göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR