Bank Of Baku

Yaponiyanın ən böyük banklarından biri əməkdaşlarının 44%-ni ixtisar edir

Yaponiyanın ən böyük banklarından biri əməkdaşlarının 44%-ni ixtisar edir
# 24 sentyabr 2009 09:15 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın istehlak kreditləri verməklə məşğul olan “Aiful Corp.” şirkəti 2 min işçisini ixtisar edəcək. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu, şirkət əməkdaşlarının 44%-ni təşkil edir.
Bundan başqa, restrukturizasiya planı çərçivəsində “Aiful Corp.”un 253 (ölkə üzrə 30%) filialının bağlanması gözlənilir.
Qeyd edək ki, bir qədər əvvəl şirkət rəhbərliyi kreditorlarına müraciət edərək 3,1 mlrd. dollar həcmində ödənişi vaxtından əvvəl həyata keçirməyi təklif etmişdi. Sentyabrın 18-də isə fond ticarətləri bağlanarkən “Aiful Corp.” günün lideri olmuşdu. Onun kotirovkaları bir dəfəyə 27% aşağı düşmüşdü.
Hazırda bank vəsaitlərin cəlb olunması və restrukturizasiya planları ilə əlaqədar çətinliklər yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR