Bank Of Baku

«UniBank» Azərbaycanda bank almaq niyyətindədir

«UniBank» Azərbaycanda bank almaq niyyətindədir
# 24 sentyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) Azərbaycanda fəaliyyət göstərən iri bank təşkilatlarından birinin 100% səhmini almağa hazırlaşması barədə məlumatlar həqiqətə uyğun deyil. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.

E.Qəribovun sözlərinə görə, bununla bağlı bankın səhmdarları tərəfindən heç bir qərar qəbul olunmayıb.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, yaxın iki ay ərzində «UniBank»ın ölkədə fəaliyyət göstərən yerli iri banklardan birinin 100% səhmini alacağı gözlənilir. «UniBank» tərəfindən alınacaq bankın adı da həmin müddət ərzində açıqlanacaq.

Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı bankların ilk beşliyinə daxil olan «UniBank»ın hazırda respublika üzrə 24 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR