Bank Of Baku

Azərbaycanda «Girov müqaviləsinin qeydiyyatı Qaydaları» təsdiqlənib

Azərbaycanda «Girov müqaviləsinin qeydiyyatı Qaydaları» təsdiqlənib
# 24 sentyabr 2009 11:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Girov müqaviləsinin qeydiyyatı Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydalar «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» qanuna əlavə və dəyişikliklərdən sonra bu qanunun müddəalarına uyğun olaraq hazırlanıb. Qeydiyyata alınmış əmtəə nişanları üzrə hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsinə dair müqavilələrin qeydiyyata alınması qaydalarını müəyyən edir. Qaydalara əsasən girov müqaviləsi notariat qaydasında təsdiq edilməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərti ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, əmtəə nişanının qüvvədə olduğu müddətdə qeydiyyata alınır.
Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan girovun predmetindən (əmtəə nişanına görə müstəsna hüquqdan) onun təyinatına uyğun istifadə edə, gəlir götürə, eyni zamanda girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.
Qaydalarda həmçinin girov müqaviləsinin qeydiyyatı ilə bağlı sənədlər, girov müqaviləsinin bağlanma proseduru və s. göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR