Bank Of Baku

«UniBank» nizamnamə kapitalına yeni xarici investor cəlb edir

«UniBank» nizamnamə kapitalına yeni xarici investor cəlb edir
# 24 sentyabr 2009 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) səhmlərinin bir hissəsinin Macarıstanın OTP bankına satılması ilə bağlı tərəflər arasında aparılan danışıqlar davam etdirilir. Bunu «APA-Economics»ə açıqlamasında «UniBank»ın Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.

E.Qəribovun sözlərinə görə, bu məsələ ilə bağlı hər iki tərəfin maraqları daha da ciddiləşib. Belə ki, artıq «UniBank»ın hər rübün yekunlarına dair maliyyə nəticələri OTP bankına təqdim edilir.

E.Qəribov bildirib ki, «UniBank» səhmlərin satılması üçün artıq tam hazırdır: «Bu prosesin tezləşməsi isə birbaşa olaraq OTP bankından asılıdır».

Qeyd edək ki, danışıqlar zamanı Macarıstanın OTP Bankı «UnuBank»ın səhmlərinin 51%-nə sahib olmaq təklifini verib.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR