Bank Of Baku

Azərbaycan hökuməti bələdiyyələrin birləşməsi və ləğvi ilə bağlı yaradılan komissiyanın say tərkibi və fəaliyyət qaydasını təsdiq edib

Azərbaycan hökuməti bələdiyyələrin birləşməsi və ləğvi ilə bağlı yaradılan komissiyanın say tərkibi və fəaliyyət qaydasını təsdiq edib
# 24 sentyabr 2009 12:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə Komissiyaya Ədliyyə və Maliyyə nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanı və bələdiyyə üzvlərinin (o cümlədən, birləşən, ayrılan və ləğv edilən bələdiyyələrin, habelə ərazi vahidi bir bələdiyyənin tərkibindən ayrılaraq digər bələdiyyənin tərkibinə daxil edildiyi hallarda həmin bələdiyyənin üzvlərindən) hərəsindən bir nümayəndə daxil edilməlidir. Yaradılacaq komissiyalar ictimai əsaslarla fəaliyyət göstərəcək və görülən işlər barədə Nazirlər Kabinetinə hesabat verəcək.

Komissiyanın səlahiyyətləri bələdiyyənin birləşməsi, ayrılması və ya ləğv edilməsi nəticəsində onların əmlakının müvafiq bələdiyyəyə təhvil verilməsi və ya Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sərəncamına verilməsi barədə müvafiq hesabat təqdim edildikdən sonra bitmiş hesab olunur. Bələdiyyələr birləşərkən onların mülkiyyəti ayrı-ayrılıqda komissiyanın qəbul etdiyi qərar əsasında siyahıya alınır.

Qaydalara əsasən, ləğv edilən bələdiyyədə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli olmadıqda, komissiyanın qərarı əsasında bələdiyyənin əmlakı (bələdiyyə torpaqları istisna olmaqla) Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında müvafiq qurumun vasitəsilə açıq hərracdan satıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR