Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə azalıb
# 24 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsində 4 761 318,8 min ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 dəfə azdır. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan 8 584 531,2 min dollar dəyərində mal ixrac olunub, 3 823 212,4 min dollar dəyərində mal isə idxal edilib. O cümlədən, 17 864,5 min dollar dəyərində əmtəə müxtəlif təşkilatların xətti ilə təmənnasız kömək və humanitar yardım şəklində ölkəyə daxil olub.

İxrac əməliyyatlarının həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 77,23%, idxal əməliyyatlarının həcmi isə 15,18% azalıb.

Hesabat dövründə ixrac əməliyyatlarında əsas yeri xam neft (79,73%) və neft məhsulları (12,77%), idxalda isə maşın və elektrik avadanlıqları, onların hissələri (35,06%), nəqliyyat vasitələri və onların hissələri (13,15%), ərzaq məhsulları (12,02%) tutub.

Qeyd edək ki, hesabat dövründə xarici ticarətlə 7 421 hüquqi və fiziki şəxs məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR