Bank Of Baku

Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində 4,9 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində 4,9 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 24 sentyabr 2009 14:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanın uzaq xarici dövlətlərlə ticarət dövriyyəsində 4 934 110,4 min ABŞ dolları dəyərində müsbət saldo, MDB ölkələri ilə ticarət dövriyyəsində isə 172 791,6 min dollarlıq mənfi saldo yaranıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 7 609 591 min dollarlıq mal çıxarılıb. Bu ölkələrdən isə Azərbaycana 2 675 480,6 min dollar dəyərində mal idxal edilib. Yanvar-avqust aylarında MDB ölkələrinə 974 940,2 min dollarlıq ixrac olub. MDB-dən isə Azərbaycana 1 147 731,8 min dollar dəyərində mal idxal edilib.

Azərbaycanın uzaq xarici ölkələrə ixracatında əsas yeri mineral yanacaq, neft və neft məhsulları, bitumlu minerallar (98,23%) tutub. Mineral yanacaqlar, neft və neft məhsulları, bitumlu minerallar MDB ölkələrinə ixracın isə 60,55%-ni təşkil edib. Hesabat dövründə uzaq xarici ölkələrdən Azərbaycana əsasən avadanlıqlar və mexaniki qurğular (24,65%), elektrik maşınları və avadanlıqlar, onların hissələri (17,09%), quru nəqliyyatı vasitələri (10,15%), MDB ölkələrindən isə dənli bitkilər (12,45%), elektrik maşınları və onların hissələri (11,16%) gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR