Bank Of Baku

Azərbaycan gələn il dövlət büdcəsinin sosialyönümlü xərclərini artıracaq

Azərbaycan gələn il dövlət büdcəsinin sosialyönümlü xərclərini artıracaq
# 25 sentyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10,015 mlrd. manat və ya ümumi daxili məhsulun (ÜDM) 31,5%-i həcmində nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, 2010-cu il dövlət büdcəsinin xərcləri 11,264 mlrd. manat proqnozlaşdırılmaqla ÜDM-in 35,4%-i həcmində olacaq. S.Şərifov onu da qeyd edib ki, gələn ilin dövlət büdcəsinin məxaric hissəsində cari xərclər 6 792,2 mln. manat və ya xərclərin 60,3%-i həcmində, əsaslı xərclər 4 386,3 mln. manat və ya xərclərin 38,9%-i həcmində, dövlət borcuna xidmətlə bağlı xərclər 85,5 mln. manat və ya xərclərin 0,8%-i həcmində nəzərdə tutulub. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4% (3,878 mlrd. manat) olmaqla cari illə müqayisədə 1,8 faiz bəndi artımla proqnozlaşdırılır.

S.Şərifov əlavə edib ki, 2010-cu il dövlət büdcəsindən məqsədli dövlət proqramları və tədbirlərin maliyyə təminatı üçün xərclərin 39%-i həcmində və yaxud 4 387,3 mln. manat vəsait ayrılacaq.

Nazir həmçinin vurğulayıb ki, funksional istiqamətlər üzrə 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6%, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz bəndi artaraq 11,3%, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz bəndi artaraq 4,3%, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz bəndi artaraq 3,4%, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz bəndi artaraq 1,8% təşkil edəcək.

«Gələn il üçün icmal büdcənin gəlirləri 11,885 mlrd. manat, xərcləri isə 12,466 mlrd. manat həcmində proqnozlaşdırılır», - deyə S.Şərifov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR