Bank Of Baku

«Əmrahbank» rebrendinqi gələn ay başa çatdıracaq

«Əmrahbank» rebrendinqi gələn ay başa çatdıracaq
# 25 sentyabr 2009 08:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) rebrendinq prosesi bu ilin oktyabr ayında başa çatdırılacaq.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, rebrendinq nəticəsində bankın Bakıda və regionda yerləşən bütün filialları yeni brendlə fəaliyyət göstərəcək. Hazırda isə bankın loqosunun dəyişdirilməsi istiqamətində iş aparılır.

E.Məmmədovun sözlərinə görə, bank öz adını qoruyub saxlamaqla bərabər, diqqətini brendinin, korporativ rənglər çələnginin, internet səhifəsinin dizaynı və məzmununun, o cümlədən filialların eksteryer dizaynının, habelə imicin əksi olan digər məlumat daşıyıcılarının yenidən işlənməsinə yönəldəcək.

Qeyd edək ki, yeni brendin hazırlanması prosesinə bu sahədə aparıcı beynəlxalq şirkət olan «McCann Erickson» cəlb edilib.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR