Bank Of Baku

ABŞ-da “Böyük 20-lik” (G20) ölkələrinin üçüncü sammiti keçirilir

ABŞ-da “Böyük 20-lik” (G20) ölkələrinin üçüncü sammiti keçirilir
# 25 sentyabr 2009 08:56 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün ABŞ-ın Pittsburq şəhərində “Böyük 20-lik” (G20) ölkələrinin üçüncü sammiti öz işinə başlayır. “APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, dövlət başçıları dünya maliyyə böhranından çıxış yolları arayacaqlar.
Qeyd edək ki, G20 ölkələrinin birinci sammiti 2008-ci ilin noyabrında Vaşinqtonda, ikinci sammit bu ilin aprelində Londonda keçirilib. Bu zirvə görüşlərinin nəticəsi olaraq iqtisadi problemlərin həllinə 5 trln. dollar ayrılıb.
Artıq Pittsburqda qloballaşma əleyhdarlarının etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.
Xatırladaq ki, G20-yə 7 təsisçidən (ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yaponiya) başqa Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və CAR daxildir. Qurumun 20-ci üzvü isə Avropa İttifaqıdır ki, onu G20-nin sammitində Aİ-yə sədrlik edən ölkənin nümayəndəsi və Avropa Mərkəzi Bankının prezidenti təmsil edir.
G20-nin sammitlərində ənənəvi olaraq Dünya Bankının (DB) prezidenti, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru, DB və BVF-nin yerli orqanlarının təmsilçiləri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR