Bank Of Baku

Dünya Bankının Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Azərbaycana gələcək

Dünya Bankının Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Azərbaycana gələcək
# 25 sentyabr 2009 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 27-də Dünya Bankının (DB) Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tompson Azərbaycana səfər edəcək.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində P.Tompson Azərbaycanın bir sıra dövlət qurumunda görüşlər keçirəcək. Danışıqların əsas predmeti DB-nın Azərbaycan üzrə hazırkı portfelinin vəziyyətinin müzakirəsi olacaq. Bundan başqa, P.Tompson DB tərəfindən maliyyələşdirilən bir sıra infrastruktur layihənin icrası ilə tanış olacaq.

DB nümayəndəsinin Azərbaycana səfəri oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 50 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq dəyərdə maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR