Bank Of Baku

Timoti Qeytner: «ABŞ dolların zəifləməsinə imkan verməyəcək»

Timoti Qeytner: «ABŞ dolların zəifləməsinə imkan verməyəcək»
# 25 sentyabr 2009 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ dolların əsas dünya ehtiyat valyutası kimi qalması üçün bütün qüvvəsini sərf edəcək. «APA-Economics»in məlumatına görə, bu bəyanatla ABŞ-ın maliyyə naziri Timoti Qeytner çıxış edib.

T.Qeytnerin sözlərinə görə, güclü dollar ABŞ üçün çox vacibdir və administrasiya dolların möhkəmlənməsi üçün bütün zəruri tədbirlər görəcək.

Qeyd edək ki, bununla bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, dünya ehtiyat valyutası kimi dollara alternativin olmadığını düşünən Yaponiyanın maliyyə naziri Kaoru Yosanodan fərqli olaraq, məşhur iqtisadçı Nuriel Rubini bəyan edib ki, Çin yuani artıq dolları əvəz etməyə hazırlaşır. N.Rubinin sözlərinə görə, hazırda Çin hökuməti yuanin statusunu artırmaq üçün müəyyən tədbirlər görür. Qeyd edək ki, Çinin cari hesab balansında iri miqdarda müsbət saldo yaranıb və bu ölkədə ABŞ-dakı iqtisadi problemlər olmadığına görə bəzi iqtisadçılar yuanin dünya miqyasında statusunun artmasını real görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR