Bank Of Baku

«Azər-Türk Bank» yeni regional filial açır

«Azər-Türk Bank» yeni regional filial açır
# 25 sentyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının əvvəlində Naxçıvanda filial açacaq.

Bankın İdarə Heyətinin sədr müavini Süleyman Bəkirovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla da bankın respublika üzrə filiallarının ümumi sayı 3-ə çatacaq.

S.Bəkirovun sözlərinə görə, filialın rəsmi açılış mərasimi oktyabr ayının 3-nə nəzərdə tutulub. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, hazırda bankın Gəncə və Bakıda filialları mövcuddur.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turan Bank» ASC (4%) çıxış edir.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 47,0472 mln. manat, kredit portfeli 26,135 mln. manat, depozit portfeli 25,534 mln. manat, məcmu kapitalı 11,521 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR