Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiyası bank işçiləri üçün yekun imtahan keçirib

Azərbaycan Risk Peşəkarları Assosiasiyası bank işçiləri üçün yekun imtahan keçirib
# 25 sentyabr 2009 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə bank işçiləri üçün yekun imtahan keçirilib.

«APA-Economics»in məlumatına görə, ARPA-nın İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, 10 həftəlik imtahanda 100-ə yaxın bank işçisi iştirak edib. Proqram zamanı risklərin idarə edilməsinin əsasları və prinsipləri tədris olunub: “Qeyd edim ki, bu gün keçirilən imtahan yekun imtahan hesab olunur. İmtahandan uğurla keçən iştirakçılara beynəlxalq səviyyədə tanınmış “Global Assosiation Risk Professional” şəbəkəsinin (GARP) sertifikatlarını alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR