Bank Of Baku

İslam İnkişaf Bankının illik toplantısı Bakıda keçiriləcək

İslam İnkişaf Bankının illik toplantısı Bakıda keçiriləcək
# 25 sentyabr 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İslam İnkişaf Bankının (İİB) illik toplantısı 2010-cu ilin iyun ayının 23-24-də Bakıda keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında İİB-in Azərbaycan üzrə direktoru Tamerlan Tağıyev bildirib.

T.Tağıyevin sözlərinə görə, tədbirin Azərbaycanda təşkili üçün bu yaxınlarda İİB-in missiyasının Bakıya səfəri gözlənilir. Missiya Azərbaycanda illik toplantının keçirilmə prosesinin araşdırılması ilə məşğul olacaq.

T.Tağıyev həmçinin bildirib ki, İİB 2010-2011-ci illər üçün Azərbaycanda həyata keçiriləcək bir sıra layihəyə maliyyə vəsaiti ayırmaq niyyətindədir. Bu layihələr ölkə iqtisadiyyatının enerji, su təchizatı və kənd təsərrüfatı sektorlarını əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür və indiyədək İİB tərəfindən ölkəmizə 280 mln. ABŞ dolları həcmində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR