Bank Of Baku

AYİB Azərbaycanın qərbində yeni layihələr maliyyələşdirmək niyyətindədir

AYİB Azərbaycanın qərbində yeni layihələr maliyyələşdirmək niyyətindədir
# 25 sentyabr 2009 12:34 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri Frensis Delay Gəncə şəhərində işgüzar səfərə gəlib.

APA-nın Qərb bürosunun məlumatına görə, səfər zamanı F.Delay Gəncə şəhərinin icra başçısı Eldar Əzizovla görüşüb. AYİB nümayəndəsi APA-ya açıqlamasında səfərinin tanışlıq məqsədi daşıdığını bildirib: «AYİB Gəncənin iqtisadi potensialını yaxından öyrənilməsində çox maraqlıdır. Mən ilk növbədə Gəncə Tekstil Fabrikində oldum, sonra isə Gəncənin icra başçısı ilə görüşdüm. Məqsədimiz Gəncənin iqtisadi inkişafı ilə bağlı bir neçə layihəni maliyyələşdirməkdir».

F.Delay həmçinin Gəncə Gil-Torpaq Kombinatına da baş çəkməyi planlaşdırdığını, lakin bunun hər hansı layihə ilə bağlı olmadığını deyib: «Sadəcə, baxmaq istəyirəm. Alüminium zavodu ilə bağlı layihələrə gəlincə, bu ehtimal istisna deyil, amma hələ ciddi bir fikrimiz yoxdur. Mənim bu səfərim tanışlıq xarakteri daşıyır və gələcəkdə daha çox təkliflər alacağımıza, bir çox layihələri maliyyələşdirəcəyimizə inanıram».

F.Delay Gəncə ilə bağlı real layihələrdən birinin də şəhərin nəqliyyat sistemi ilə bağlı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR