Bank Of Baku

Qlobal Risk Peşəkarları Assosiasiyasının Azərbaycan nümayəndəliyi yaradılıb

Qlobal Risk Peşəkarları Assosiasiyasının Azərbaycan nümayəndəliyi yaradılıb
# 25 sentyabr 2009 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Qlobal Risk Peşəkarları Assosiasiyasının (Global Assosiation Risk Professional - GARP) Azərbaycan nümayəndəliyi yaradılıb. Nümayəndəliyin direktoru vəzifəsinə isə «Əmrahbank» Səhmdar Kommersiya Bankı (İHS) İdarə Heyətinin sədri Emil Məmmədov təyin olunub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib.

R.Mahmud qeyd edib ki, Azərbaycanda bu nümayəndəliyin açılması bank işçiləri üçün peşəkarlığın müəyyənləşdirilməsi üçün keçirilən test imtahanlarının genişləndirilməsinə dəstək verəcək. GARP-ın proqramı əsasən risklərin idarə edilməsinin əsasları və qiymətləndirilməsini əhatə edir.

Qeyd edək ki, GARP 1996-cı ildən fəaliyyət göstərir və hazırda bu şəbəkənin 167 ölkədə nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR