Bank Of Baku

“Böyük 8-lik” “Böyük 20-lik”lə əvəzlənir

“Böyük 8-lik” “Böyük 20-lik”lə əvəzlənir
# 25 sentyabr 2009 21:14 (UTC +04:00)
Bakı – APA-Economics. “Böyük 20-lik” sammiti dünyanın əsas iqtisadi forumu olaraq “Böyük 8-lik” sammitini əvəz edəcək. “APA-Economics”in “France Presse” agentliyinə istinadən xəbərinə görə, bu barədə G20 sammitinin iştirakçısı olan ölkələrin birgə bəyanatında deyilir.
Bəyanatda deyilir ki, bu qərar daha dayanıqlı və balanslaşdırılmış dünya iqtisadiyyatını qurmağa, maliyyə sistemində islahatlar aparmağa və inkişaf etmiş ölkələrdə həyat səviyyəsini yüksəltməyə imkan verəcək.
Qeyd edək ki, sənaye ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin görüşü kimi 1999-cu ildə yaradılmış G20 2008-ci ilin sonundan dövlət və hökumət başçılarının dünya iqtisadi böhranı ilə mübarizə məsələləri üzrə qeyri-rəsmi görüşü statusu alıb. G20 ölkələrinin birinci sammiti 2008-ci ilin noyabrında Vaşinqtonda, ikinci sammit bu ilin aprelində Londonda keçirilib.
Xatırladaq ki, G20-yə 8 təsisçidən (ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yaponiya, Rusiya) başqa Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Səudiyyə Ərəbistanı, Türkiyə və CAR daxildir. Qurumun 20-ci üzvü isə Avropa İttifaqıdır ki, onu G20-nin sammitində Aİ-yə sədrlik edən ölkənin nümayəndəsi və Avropa Mərkəzi Bankının prezidenti təmsil edir.
G20-nin sammitlərində ənənəvi olaraq Dünya Bankının (DB) prezidenti, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru, DB və BVF-nin yerli orqanlarının təmsilçiləri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR