Bank Of Baku

Sentyabrın 28-də Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək

Sentyabrın 28-də Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək
# 26 sentyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi başlanacaq.
BFB-dan “APA-Economics”ə verilən məlumata görə, hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 100,8667% qiymətində satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ili mayın 29-da qeydə alınıb. AİF-in istiqrazların ilkin yerləşdirilməsinə isə cari ilin iyunun 16-da başlanılıb və bugünə kimi 30 milyon manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 milyon manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR