Bank Of Baku

«Bank of Baku» «Tələbə kartı» adlı yeni layihəyə başlayıb

«Bank of Baku» «Tələbə kartı» adlı yeni layihəyə başlayıb
# 26 sentyabr 2009 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) yeni dərs ilinin başlanması münasibətilə tələbələr üçün «Tələbə kartı» adlı yeni layihəyə start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin şərtlərinə görə «Tələbə kartı»ndan Bakı və Sumqayıt şəhərlərindəki ali məktəblərə qəbul imtahanları zamanı 500 və daha çox bal toplamış, həmçinin hazırda təqaüd alan tələbələr (sonuncu kursun 2-ci semestrində oxuyan tələbələr istisna olunmaqla) faydalana bilərlər.

Verilən kartın müddəti 12 aydır və müddətin birinci yarısı kartın kredit xətti bərpa olunandır. Bütün dünyada rahat istifadə oluna bilən «Tələbə kartı» öz sahibinə əlavə üstünlüklər də verir. Belə ki, «Bank of Baku»nun «Tələbə kartı»na yiyələnən tələbələr Bakının bir sıra mağaza, kafe, restoran, ticarət və istirahət mərkəzlərində xüsusi endirimlərdən faydalana bilərlər. Əlavə olaraq, müəyyən meyarlar əsasında seçilən tələbələrə bankın təşkil etdiyi seminarlarda iştirak etmək və bankda təcrübə keçmək imkanı da yaradılacaq.

Qeyd edək ki, «Tələbə kartı»nın rəsmiləşdirilməsi üçün tələbə qeydiyyat yerindən asılı olmayaraq banka şəxsiyyət vəsiqəsi, mühasibatlıq şöbəsindən təqaüd aldığını təsdiqləyən arayış, qiymətlər əks edilmiş sənəd və ya tələbə biletini təqdim etməlidir.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyət göstərib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 168,307 mln. manat, depozit portfeli 80,089 mln. manat, kredit portfeli 122,040 mln. manat, məcmu kapitalı 30,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR