Bank Of Baku

Dünya Bankının regional direktoru sabah Azərbaycana gələcək

Dünya Bankının regional direktoru sabah Azərbaycana gələcək
# 28 sentyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 29-da Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Alam Azərbaycana səfər edəcək.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi sentyabrın 30-da Bakıda keçiriləcək DB-nın Azərbaycan üzrə portfelinin təhlilində iştirak etməkdir. Ə.Alamın Azərbaycana səfəri oktyabrın 3-dək davam edəcək.

Bundan başqa, DB-nın Azərbaycan üzrə portfelinin təhlilində artıq sentyabrın 27-dən Azərbaycanda səfərdə olan DB-nın Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tompson da iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 50 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR