Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: «Debut Bank»ın müflisləşməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Azərbaycan Mərkəzi Bankı: «Debut Bank»ın müflisləşməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil
# 28 sentyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bankının (SKB) müflisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, sözügedən bank hazırda fəaliyyətini davam etdirir və AMB tərəfindən edilən zəngləri dərhal cavablandırırlar: «Ümumiyyətlə qeyd edə bilərəm ki, hazırda Azərbaycanda fəaliyyət göstərən banklar sırasında müflisləşməsi ehtimalı olunan bank təşkilatı yoxdur».

Qeyd edək ki, hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR