Bank Of Baku

Oktyabrın sonunda «Bank Respublika»nın səhmdarlarının toplantısı keçiriləcək

Oktyabrın sonunda «Bank Respublika»nın səhmdarlarının toplantısı keçiriləcək
# 28 sentyabr 2009 07:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr aylının 30-da Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar xarici maliyyə qurumları ilə müqavilələrin bağlanması və digər cari məsələləri müzakirə edəcək.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25% + 1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur. Bankın respublika üzrə 33 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR