Bank Of Baku

«Turan Bank»ın bu ilki auditini «PricewaterhouseCoopers» şirkəti keçirəcək

«Turan Bank»ın bu ilki auditini «PricewaterhouseCoopers» şirkəti keçirəcək
# 28 sentyabr 2009 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) 2009-cu ildəki maliyyə fəaliyyətinin auditini «PricewaterhouseCoopers» beynəlxalq şirkəti keçirəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyev məlumat verib.

R.Tanrıverdiyevin sözlərinə görə, gələcəkdə bank əməliyyatlarının həcminin artması ilə əlaqədar audit hesabatlarının hər yarımillik üzrə hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, «Turan Bank» SKB ilə 2002-ci ildən «Deloitte&Touche» və «PricewaterhouseCoopers» auditor şirkətləri ilə əməkdaşlıq edir.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (20%) və 20 fiziki şəxs olan (80%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir və hazırda respublika üzrə 11 filialı var. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,6 mln. manat, kredit portfeli 62,3 mln. manat, depozit portfeli 22,796 mln. manat, məcmu kapitalı 19,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 17 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR