Bank Of Baku

Sabah Azərbaycanda birjanın listinq qaydalarının təqdimatı keçiriləcək

Sabah Azərbaycanda birjanın listinq qaydalarının təqdimatı keçiriləcək
# 28 sentyabr 2009 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 29-da Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə Bakı Fond Birjasının (BFB) hazırladığı yeni listinq qaydalarının geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə QKDK, BFB, Milli Depozit Mərkəzi, Dövlət Neft Fondu, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və bir sıra digər dövlət və beynəlxalq təşkilat, həmçinin özəl şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, cari ilin avqust ayının birinci iş günündən etibarən qüvvəyə minmiş listinq qaydalarına əsasən, BFB tərəfindən listinq tarifləri hazırlanıb. Listinq tariflərinin tətbiqi 2010-cu ilin yanvarın 1-dək təxirə salınıb. Bu isə kapital bazarının inkişafına birja tərəfindən əlavə dəstək və şirkətlərin listinqdən keçməsinin stimullaşdırılması məqsədilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR