Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 28 sentyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 1-də Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VI iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasdan bir gün öncə, sentyabrın 30-da işçi qrupunun toplantısı keçiriləcək. Toplantıda hökumətlərarası komissiyanın iclasının gündəliyi müzakirə edilərək dəqiqləşdiriləcək.

Qeyd edək ki, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri sənaye və energetika naziri Natiq Əliyev, Qazaxıstan tərəfdən həmsədri isə bu ölkənin energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR