Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin həcmi son bir ildə kəskin artıb

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin həcmi son bir ildə kəskin artıb
# 28 sentyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən kommersiya banklarına mərkəzləşdirilmiş kredit bazarında (yenidənmaliyyələşdirmə) verilən kreditlərin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 1 128,510 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 dəfə artıb.

Eyni zamanda, cari ilin əvvəli ilə müqayisədə yenidənmaliyyələşdirmənin həcmi 4,9 dəfə artıb. Ümumilikdə, bu il Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlərin artımı 899,51 mln. manat təşkil edib. Beləliklə, artımın orta aylıq göstəricisi 112,44 mln. manat təşkil etdiyi halda, avqust ayında artım 347,85 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR