Bank Of Baku

«FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatında kadr dəyişikliyi aparılıb

«FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatında kadr dəyişikliyi aparılıb
# 07 oktyabr 2009 12:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatında kadr dəyişikliyi aparılıb. Bu barədə «APA-Economics»ə təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədov məlumat verib.

Z.Nurməmmədovun sözlərinə görə, «FINCA Azerbaijan» təşkilatının direktoru vəzifəsinə əvvəllər «FINCA İnternational» təşkilatının Qırğızıstan üzrə rəhbəri Mahmud Səidəhmədov, baş əməliyyat meneceri vəzifəsinə isə əvvəllər «FINCA Azerbaijan»nın əməliyyat meneceri çalışmış Kamran Abdullayev təyin olunub.

Qeyd edək ki, M.Səidəhmədovdan əvvəl bu vəzifəni Cef Flauvəs icra edib və hazırda o, «FINCA İnternational» təşkilatının Avrasiya məsələləri üzrə direktor vəzifəsində çalışır.

Xatırladaq ki, təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilat kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə ayırır. Cari ilin oktyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR