Bank Of Baku

Azərbaycanda yeni bank yaradılır

Azərbaycanda yeni bank yaradılır
# 07 oktyabr 2009 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı 2009-cu ilin sonuna kimi bank fəaliyyəti ilə bağlı tam universal lisenziya ala bilər. Bu barədə «APA-Economics»ə «Aqrarkredit»in İdarə Heyətinin üzvü Süleyman Kələşov məlumat verib.

S.Kələşovun sözlərinə görə, təşkilat artıq lisenziyanın alınması məqsədi ilə Mərkəzi Bank, İqtisadi İnkişaf Nazirliyi və digər müvafiq dövlət qurumlarına müraciət edib. Yaxın günlərdə isə «Aqrarkredit»in Maliyyə Nazirliyinə də müraciət edəcəyi gözlənilir.

S.Kələşov bildirib ki, təşkilatın statusunun dəyişməsi məsələsi cari ilin sonunadək həll olunacaq və bundan sonra «Aqrarkredit» bank kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, təsisçisi Maliyyə Nazirliyi (99,9%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə qurumun kredit portfeli 26 mln. manat, nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Hazırda qurumun respublika üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR