Bank Of Baku

«CredAgro» təşkilatının kredit portfeli 7% azalıb

«CredAgro» təşkilatının kredit portfeli 7% azalıb
# 07 oktyabr 2009 14:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfeli 2009-cu ilin yanvar-sentyabr aylarında 6,5% azalaraq 47,666 mln. ABŞ dollarına çatıb.

«CredAgro» təşkilatının baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində təşkilatın müştərilərinin sayı 32% artaraq 18 190 nəfərə çatıb. Qurumun kredit portfelinin əsas hissəsi biznesin inkişafı, istehlak kreditləri, lizinq və kənd təsərrüfatı sahələrinin payına düşür.

Qeyd edək ki, «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR