Bakı. Vahab Rzayev –
APA-Economics. Oktyabrın 6-da Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 1 039,7 dollara çatıb ki, bu da tarixi maksimumdur. «
APA-Economics»in məlumatına görə, bundan bir qədər əvvəl, sentyabrın ortalarında qızılın qiyməti 1 020 dollara çataraq, 1,5 illik maksimumu təkrarlayıb. Ümumilikdə isə, bu günədək maksimal qiymət ötən ilin mart ayının ortalarında qeydə alınıb və 1 030,8 dollara bərabər olub:
Qızılın bahalaşmasının əsas səbəbi kimi dolların davamlı ucuzlaşması amili göstərilir. Bu prosesə bir sıra nəşrdə Fars körfəzi ölkələrinin neftin dollarla deyil, regional valyuta səbəti ilə satmaq niyyətində olması barədə dərc edilən məlumatlar da təsir göstərib. Nəticədə, qızıla tələbat birdən-birə artmağa başlayıb və bunun davam etməsi ehtimalları yüksəkdir.