Bank Of Baku

«Fitch» reytinq agentliyi: Azərbaycanda bank aktivlərinin keyfiyyəti pisləşib

«Fitch» reytinq agentliyi: Azərbaycanda bank aktivlərinin keyfiyyəti pisləşib
# 08 oktyabr 2009 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin keyfiyyətinin pisləşməsi ölkənin bank sektorunun zəif tərəflərinin olmasını göstərir. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch» reytinq agentliyinin xüsusi hesabatında («Azerbaijani Banks: Back Down to Earth») bildirilib.

Hesabatda qeyd olunur ki, qlobal maliyyə böhranı Azərbaycana digər ölkələrlə müqayisədə bir o qədər də təsir etməyib. Lakin eyni zamanda, bank aktivlərinin keyfiyyəti zəif əməliyyat mühitinə mütəəssir olub ki, həmin mühit nominal ÜDM-in və bir sıra sahələrdə istehsal həcminin kəskin azalması ucbatından zəifləyib. Mühitin zəifləməsi həmçinin risk-menecmentin və korporativ idarəetmənin lazımi səviyyədə olmaması ilə də əlaqələndirilir.

«Cari ilin ilk yarısında «Fitch» agentliyinin reytinqində yer alan Azərbaycan banklarının dəyərdən düşmüş kreditləri 24%-lik orta səviyyəyə çataraq 90 gün müddəti keçmiş (14%) və restrukturizasiya olunmuş (10%) kredit şəklində təqdim olunub», - deyə hesabatda bildirilir.

Azərbaycan Beynəlxalq Bankını nəzərə almamaq şərti ilə dəyərdən düşmüş kreditlər 17% təşkil edib (5%-nin 90 gün müddəti keçib, 12%-i isə restrukturizasiya olmuş kreditlərdir).

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan Mərkəzi Bankı bank sektoruna, o cümlədən ayrı-ayrı banklara likvidliklə bağlı dəstək göstərib: «Bu ilin IV rübündən 2010-cu ilədək xarici valyutada borcların əhəmiyyətli həcminin ödənilməsinə baxmayaraq, yenidən maliyyələşmə riskləri bir çox bankda idarə olunan səviyyədə saxlanılmalıdır. Lakin az yığılmış depozit bazaları ölkənin bank sisteminin zəif olmasını göstərir».

Qeyd edək ki, hazırda Azərbaycanda 46 kommersiya bankı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR