Bank Of Baku

«Paşa Bank» gələn il yeni baş ofisə köçəcək

«Paşa Bank» gələn il yeni baş ofisə köçəcək
# 08 oktyabr 2009 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin yaz aylarından etibarən yeni baş ofisdə fəaliyyət göstərəcək. Bu barədə «APA-Economics»ə bankın Beynəlxalq layihələr Departamentinin direktoru Vüqar Sadıq məlumat verib.

V.Sadıqın sözlərinə görə, «Paşa Construction» tərəfindən inşa olunan yeni bina Bakının R.Zorge küçəsində yerləşir. Hazırda binada tikinti işləri aparılır.

Qeyd edək ki, «Paşa Bank»ın hazırkı baş ofisi Bakı şəhərinın Yusif Məmmədəliyev küçəsində fəaliyyət göstərir. Bank yeni binaya köçəndən sonra hazırkı ofis «Mərkəz filialı» kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 246,967 mln. manat, depozit portfeli 113,438 mln. manat, kredit portfeli 76,563 mln. manat, məcmu kapitalı 113,438 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR