Bank Of Baku

«Fitch» agentliyi: Bu il Azərbaycanda iqtisadi artım 3,5% olacaq

«Fitch» agentliyi: Bu il Azərbaycanda iqtisadi artım 3,5% olacaq
# 08 oktyabr 2009 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi 3,5% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2004-2008-ci illər ərzində Azərbaycanda ÜDM orta hesabla ildə 21% artıb: «Bu il ərzində Azərbaycanda ÜDM-in 3,5% artaraq 23 335,5 mln. manat, 2010-cu ildə isə 6% artaraq 27 352,6 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır».

Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda ÜDM 13,7% artaraq 38 005,7 mln. manat təşkil edib.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, 2009-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 8%, Dünya Bankının proqnozlarına əsasən 10,4%, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə 2,5% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR