Bank Of Baku

ABŞ-ın dövlət büdcəsinin kəsiri tarixi rekord həddinə çatıb

ABŞ-ın dövlət büdcəsinin kəsiri tarixi rekord həddinə çatıb
# 08 oktyabr 2009 07:47 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) 2009-cu il üçün federal büdcənin kəsirinə dair məlumatları dərc edib.
APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, ABŞ büdcəsinin kəsiri 1,4 trln. dollara çatıb. Bu, İkinci Dünya müharibəsində sonra qeydə alınmış ən böyük büdcə kəsiridir. Əvvəlki “rekord” 2008-ci ildə qeydə alınmışdı – 459 mlrd. dolar.
Analitiklərin fikrincə, büdcə kəsirinin rekord səviyyəyə çatmasına səbəb qlobal iqtisadi böhran və onun nəticələridir. Ağ Evdən bildiriblər ki, prezident Barak Obama 2009-2019-cu illərdə büdcə kəsirinin proqnozlaşdırılandan 2 trln. dollar çox - 9 trln. dollar olacağını düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR