Bank Of Baku

«Fitch» reytinq agentliyi: Bu il Azərbaycanda inflyasiya 3,5% olacaq

«Fitch» reytinq agentliyi: Bu il Azərbaycanda inflyasiya 3,5% olacaq
# 08 oktyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tariflərinin artım tempi 3,5% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycanda inflyasiyanın səviyyəsi 3,5%, 2010-cu ildə isə 8% təşkil edəcək.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-nin ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutacaq. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR