Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda iqtisadi artım tempi 7,5% olacaq

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda iqtisadi artım tempi 7,5% olacaq
# 08 oktyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda iqtisadi artım tempi azalma tendensiyasına baxmayaraq müsbət səviyyədə qalacaq. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze BVF-nin 2009-cu ilin sonunadək dövrü əhatə edən yenilənmiş hesabatın təqdimatına dair keçirilən mətbuat konfransında bildirib.

K.Qvenetadze qeyd edib ki, proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda iqtisadi artım tempinin 7,4% olacağı, 2010-cu ildə də təxminən eyni səviyyədə qalacağı gözlənilir: «Dünya neft bazarında hər hansı bir dəyişiklik olarsa biz də öz növbəmizdə proqnozlarımıza müəyyən dəyişiklik edəcəyik».

K.Qvenetadze onu da bildirib ki, 2009-cu ildə Azərbaycanda qeyri-neft sektorunun artım tempinin 4%, neft sektorunun artım tempinin isə 11% təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il isə BVF ölkənin qeyri-neft sektorunda 5%, neft sektorunda isə 10% artımın olacağını proqnozlaşdırır: «Biz bu proqnozları tərtib edərkən neftin 1 barelinin orta qiymətini təxminən 62 ABŞ dolları səviyyədə götürmüşük».

Qeyd edək ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 10,8%, qeyri-neft sektoru üzrə 15,7%, neft sektoru üzrə isə 7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR