Bank Of Baku

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları 28% azalıb

«Günay Anadolu» sığorta şirkətinin daxilolmaları 28% azalıb
# 08 oktyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,584 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8% azdır.

Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 49% artaraq 177,906 min dollar olub.

Toplanan sığorta haqları arasında ən çox daxilolma «Yanğın sığortası» (815,174 min dollar), «Montaj sığortası» (443,708 min dollar) və «Avtonəqliyyat vasitələrinin sığortası» (208,623 min dollar) növləri üzrə müşahidə olunub.

Sığorta ödənişlərinin strukturunda isə «Avtonəqliyyat vasitələrinin sığortası» (92,504 min dollar), «Fərdi qəza sığortası» (47,160 min dollar) və «Tibbi sığorta» (24,057 min dollar) növləri üstünlük təşkil edib.

Qeyd edək ki, bu müddət ərzində şirkətin bağladığı sığorta polislərinin sayı 40,3% azalaraq 869-a çatıb. Ən çox sığorta polisi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bağlanıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında şirkət bu sığorta növü üzrə 305 müqavilə bağlayıb.

Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR