Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Gələn il Azərbaycanda inflyasiya artacaq

Beynəlxalq Valyuta Fondu: Gələn il Azərbaycanda inflyasiya artacaq
# 08 oktyabr 2009 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri indeksinin artımı 2% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze BVF-nin 2009-cu ilin sonunadək dövrü əhatə edən yenilənmiş hesabatına dair keçirilən mətbuat konfransında bildirib.

Proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda inflyasiya 2%, 2010-cu ildə isə 5% təşkil edəcək.

Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 20,8% təşkil edib. Bu ilin ilk səkkiz ayı ərzində isə istehlak mallarının qiymətləri və xidmət tarifləri indeksi 2,6% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR