Bank Of Baku

AYİB və “Financial Times” qəzeti “89-un uşaqları” mövzusunda inşa müsabiqəsi keçirir

AYİB və “Financial Times” qəzeti “89-un uşaqları” mövzusunda inşa müsabiqəsi keçirir
# 08 oktyabr 2009 10:13 (UTC +04:00)
Bakı – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Financial Times” qəzeti və “UniCredit Group” ilə birlikdə “89-un uşaqları” mövzusunda inşa müsabiqəsi keçirir.
AYİB-in Bakı ofisindən “APA-Economics”ə verilən xəbərə görə, bankın fəaliyyət göstərdiyi ölkələrin 20 yaşlı gəncləri arasında keçirilən müsabiqə 1989-cu ilin payızında baş verən tarixi hadisələrə həsr olunub. Söhbət iki Almaniyanı ayıran hasarın yıxılmasından, Şərqi və Mərkəzi Avropa xalqlarının azadlıq əldə etməsindən, Avropa qitəsinin parçalanmasına son qoyulmasından gedir.
Təşkilatçılar müsabiqə vasitəsilə gənc nəslin son iyirmi ildə necə yaşadığını və bu müddətdə baş verən hadisələrdən hansı nəticələr çıxardığını müəyyənləşdirmək, gələcəklə bağlı ümid və gözləntilərini bilmək istəyirlər.
Müsabiqədə iştirak etmək istəyənlər inşalarını (1500 işarədən çox olmamaq şərti ilə) [email protected] elektron poçt ünvanına və ya www.ebrd.com/bornin89 veb-saytı vasitəsilə göndərə bilərlər. Işlərin son təqdim olunma tarixi 31 dekabr 2009-cu ildir.
Qalibləri məşhur yazıçı Andrey Kurkovun başçılıq etdiyi münsiflər heyəti seçəcək. Birinci yerin qalibi “Financial Times” qəzetində bir həftəlik təcrübə keçmək imkanı qazanacaq. “UniCreditGroup” əlavə pul mükafatları təqdim edəcək. Müsabiqənin qaliblərinin təltif olunma mərasimi gələn ilin yazında Londonda AYİB-in baş idarəsində keçiriləcək. Ən yaxşı oçerklər kitab şəklində çap ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR