Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycanla yeni əməkdaşlıq modelinə keçir

Beynəlxalq Valyuta Fondu Azərbaycanla yeni əməkdaşlıq modelinə keçir
# 08 oktyabr 2009 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökuməti ilə əlaqələrində yeni əməkdaşlıq modelinin tətbiqinə keçir. «APA-Economics»in məlumatına görə, bu barədə BVF-nin Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze bildirib.

K.Qvenetadzenin sözlərinə görə, artıq Azərbaycanda BVF-nin daimi nümayəndəsi olmayacaq: «Buna baxmayaraq, Azərbaycandakı ofisimiz fəaliyyətini dayandırmayacaq. Bundan sonra bizim ofisdə daimi nümayəndə olmayacaq – nümayəndəlikdə bir ofis meneceri və bir iqtisadçı çalışacaq».

K.Qvenetadze bildirib ki, BVF-nin Azərbaycana missiyalarının səfəri, büdcə təhlillərinin aparılmasını prosesi davam etdiriləcək.

«BVF yeni əməkdaşlıq strategiyasını Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrdə artıq həyata keçirir. Azərbaycan hökuməti makroiqtisadi idarəetmədə böyük təcrübə qazanıb. Yəni, artıq hökumət özü təhlillər aparıb və qərarlar verə biləcək. Azərbaycanda BVF-nin daimi nümayəndəsinin olmamasına baxmayaraq, Fond işini əvvəlki qaydada aparacaq», - deyə K.Qvenetadze bildirib.

Azərbaycanla BVF arasında artıq heç bir əməkdaşlıq proqramının olmadığını söyləyən K.Qvenetadze onu da qeyd edib ki, Azərbaycanın ümumi dünya iqtisadiyyatında payı çoxdur və belə dövlətləri sistemli ölkələr adlandırırlar: «Sistemli ölkələr sırasına Rusiya, Çin və Braziliya kimi ölkələr daxildir. Ümumilikdə isə, qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı digər ölkələrlə müqayisədə yaxşı vəziyyətdədir».

Artıq bu gün BVF-nin Azərbaycandakı daimi nümayəndəsinin səlahiyyət müddəti başa çatır və o, bundan BVF-nin Qırğızıstandakı daimi nümayəndəsi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Azərbaycan 1993-cü ildən BVF-nin üzvüdür. Bu müddət ərzində BVF Azərbaycan hökumətinə 600 mln. ABŞ dollarından artıq vəsait ayırıb. Azərbaycanın Fondun qarşısındakı hazırkı öhdəliyi 40 mln. dollar təşkil edir ki, həmin vəsait 2014-cü ilədək tam ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR