Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycana çevik valyuta məzənnəsi rejiminə keçməyi tövsiyə edir

Beynəlxalq Valyuta Fondu Azərbaycana çevik valyuta məzənnəsi rejiminə keçməyi tövsiyə edir
# 08 oktyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankına məzənnə siyasətini bir qədər dəyişməyi tövsiyə edib.

«APA-Economics»in məlumatına görə, BVF-nin Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze qeyd edib ki, Fond Azərbaycana rəsmi məzənnə siyasətini daha çevik şəkildə həyata keçirməyi və bu baxımından çevik valyuta məzənnəsi rejiminə keçməyi tövsiyə edir: «Qlobal maliyyə böhranı dövründə bir sıra ölkə valyuta siyasətini dəyişib. Azərbaycanın da bu rejimə keçməsi xaricdən gələn zərbələrin qarşısını almağa yardım edəcək».

K.Qvenetadze həmçinin bildirib ki, BVF Azərbaycana neft-qaz sahəsindən əldə olunan gəlirlərin səmərəli istifadə olunmasına dair də tövsiyələr verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR