Bank Of Baku

BVF-nin IV maddə üzrə icmal missiyasının Azərbaycana səfəri fevral ayınadək təxirə salınıb

BVF-nin IV maddə üzrə icmal missiyasının Azərbaycana səfəri fevral ayınadək təxirə salınıb
# 08 oktyabr 2009 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) IV maddə üzrə icmal missiyasının Azərbaycana planlaşdırdığı səfəri bu il baş tutmayacaq. Bu barədə «APA-Economics»ə BVF-nin Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, missiyaya başçılıq edən xanım Valeriya Fikera BVF-nin Seneqaldakı ofisinin daimi nümayəndəsi vəzifəsinə təyin olunub: «Fondun IV maddə üzrə icmal missiyasına təyin olunacaq yeni iqtisadçı başçılıq edəcək və missiyanın Azərbaycana səfəri 2010-cu ilin fevral ayında baş tutacaq».

Qeyd edək ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan Azərbaycan hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR