Bank Of Baku

Bank «Nikoil» mikrokreditləşməni artırır

Bank «Nikoil» mikrokreditləşməni artırır
# 08 oktyabr 2009 12:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» İnvestisiya Kommersiya Bankı (İKB) kredit portfelinin diversifikasiyası çərçivəsində gələn il mikrokreditləşməni 3 dəfə genişləndirmək niyyətindədir.

Bankın Bakıda yerləşən baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bunu bankın İdarə Heyətinin sədri Vasili Xamaza bildirib. Onun sözlərinə görə, bankda olan vəziyyət digər banklarla müqayisədə fərqlənmir və «Nikoil» bankda da vaxtı keçmiş kreditlərlə bağlı müəyyən problemlər mövcuddur, lakin hazırda proses əks istiqamətdə inkişaf edir və vaxtı keçmiş kreditlərin həcmi azalmağa başlayıb.

V.Xamaza bildirib ki, cari ilin sonuna kimi bankda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin 10-12%-dək azalacağı proqnozlaşdırılır. Hazırda pərakəndə biznes üzrə bu göstərici 15%, korporativ biznes üzrə isə 12,5-13% təşkil edir.

V.Xamaza vurğulayıb ki, iqtisadiyyatın artım tempinin azalması səbəbindən bank kredit portfelini azaldır və kreditlərin verilməsində daha konservativ mövqedən çıxış edir. Bank artıq tikintisi sektorunun kreditləşdirilməsini tamamilə dayandırıb, avtokreditlərin verilməsini isə kəskin azaldıb.

Bankın yeni kredit strategiyasına uyğun olaraq, kiçik və mikro kreditlərə üstünlük verilməsi nəzərdə tutulur ki, bu sahədə kənd istehsalçılarının kreditləşməsinin artırılmasına üstünlük veriləcək. Bundan başqa, bank avtokreditləşmənin azaldılmasını davam etdirmək və istehlak kreditlərinin verilməsi zamanı borcalanın maliyyə vəziyyətinə daha böyük diqqət yetirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR